İDMAN


“Arsenal”ın hücumçusu İngiltərə çempionatında sentyabrın ən yaxşı futbolçusu seçilib

Bakı, 11 oktyabr, AZƏRTAC

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu məlum olub.

AZƏRTAC xəbər verir ki, bu mükafata “Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq layiq görülüb. Hücumçu keçirilən səsvermədə Trent Alexander-Arnold (“Liverpul”), Kevin De Bruyne (“Mançester Siti”), Riyad Mahrez (“Mançester Siti”), John McGinn (“Aston Villa”), Rikardo Pereyra (“Lester Siti”), Heung-Min Son (“Tottenhem”) və Kallum Vilsonu (“Bormunt”) qabaqlayaraq mükafata sahib olub.

Premyer Liqada sentyabrın ən yaxşı məşqçisi isə “Liverpul” klubunun çalışdırıcısı Yürgen Klopp olub. Almaniyalı mütəxəssisin komandası “Top 5” liqada bu mövsüm yüz faiz nəticə göstərib.

Qeyd edək ki, Obameyanq ötən ay Premyer Liqada 4 oyuna 5 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.