REGİONLAR
“Arşın mal alan” operettası Şəki Uşaq Musiqi Məktəbinin səhnəsində
Şəki, 23 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi və Milli Musiqi Günü münasibətilə Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbində “Arşın mal alan” operettası əsasında tamaşa hazırlanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Məktəbin direktoru Şəmsiyyət Əsgərovanın təşəbbüsü və rejissorluğu ilə hazırlanan tamaşada əsas rolları xanəndəlik, fortepiano və skripka ixtisasları üzrə siniflərin şagirdləri Elton Əhmədli, Cəmilə Məmmədova, Fariz Əhmədzadə, Şadman Bəlqiyaslı, Bədürnisə Hacıyeva, Nuray Abdurahmanova, Aysel Mehdizadə və Qədir Qaffarlı ifa ediblər. Tamaşanın konsertmeyster və xormeysteri Əfsanə Lətifovadır. Ariya, mahnı və rəqslər üzərində müəllimlər Yetər Cabbarova, Günel Mustafayeva və Aynur Cəfərova işləyiblər.
Tamaşa “YouTube” kanalı üzərindən yayımlanıb.