MƏDƏNİYYƏT


“Art Tover” qalereyasında Abşerona həsr edilmiş sərgi açılacaq

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də “Art Tower” qalereyasında “Abşeron” adlı rəsm sərgisi açılacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə gerçəkləşəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

D.Məmmədov bildirib ki, bir sıra rəssamlar artıq Abşeron mövzusunda “workshop” formatında sənət əsərləri yaratmağa başlayıblar. Ziyarətçilər rəssamların iş prosesinə baxmaq üçün sentyabrın 24-dək hər həftənin şənbə və bazar günləri (saat 12:00-17:00-dək) “Art Tower” qalereyasına üz tuta bilərlər.

Vurğulanıb ki, sonda yaradılmış əsərlərdən ibarət sərgi açılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.