MƏDƏNİYYƏT


“Art Tover”də gənc və həvəskar rəssamların əsərləri sərgilənəcək

Bakı, 30 noyabr, AZƏRTAC

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə “Start” layihəsi çərçivəsində növbəti dəfə gənc və həvəskar rəssamlar üçün elan edilən müsabiqənin yekun sərgisi dekabrın 18-də açılacaq.

AZƏRTAC xəbər verir ki, “Art Tover” rəsm qalereyasında reallaşacaq sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə gerçəkləşəcək. “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Yanvarın 10-dək ziyarətçilər üçün açıq olacaq sərgi çərçivəsində qaliblərə diplom və müxtəlif hədiyyələr də veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.