MƏDƏNİYYƏT


“Art Zone” simpoziumu iştirakçılarının sərgisi açılıb

Bakı, 6 may, AZƏRTAC

Masallı Regional Mədəniyyət İdarəsinin Masallı Dövlət Rəsm Qalereyasında 5-ci “Art Zone” simpoziumu iştirakçılarının sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Art Zone” simpoziumu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi, “Nəfəs – insanlığa dəstək”, “Avrasiya beynəlxalq araşdırmalar institutu”, “Regional hüquqi və iqtisadi maarifləndirmə” ictimai birliklərinin təşkilatçılığı ilə gerçəkləşib. Layihənin məqsədi ölkəmizin mədəni həyatına fərqli baxış və yeniliklər gətirmək, fırça ustalarını tanıtmaq, rəssamlıq ənənələrinin gənc nəsillərə ötürülməsinə töhfə verməkdir.

Simpoziumun sərgisi mayın 20-dək davam edəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.