MƏDƏNİYYƏT


“Art management” layihəsi çərçivəsində növbəti vebinar incəsənət əsərlərinin istehsalı və satışı mövzusuna həsr ediləcək

Bakı, 30 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyulun 6-da saat 20:00-da “Art management” layihəsi çərçivəsində “İncəsənət əsərlərinin istehsalı və satışı” mövzusunda vebinar keçiriləcək.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, kuratoru, sənətşünas Fərəh Ələkbərli olacaq vebinarda dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art management” başlığını qeyd etməklə ([email protected]) elektron-poçt ünvanına müraciət etmək tələb olunur.

Layihəni Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuq və instaqram sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Fərəh Ələkbərli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənətin tarixi və nəzəriyyəsi” fakültəsinin magistratura dərəcəsini bitirdikdən sonra, müxtəlif illərdə “Baku Creative Centre” yaradıcılıq mərkəzi və Mədəniyyət Nazirliyinin layihələrinin kuratorluğunu edib. O, “YARAT”ın “Dəniz və dağlar arasında”, “1001 gecə”, “Rahat keyimə”, “Nə hərb, nə sülh”, “Danışır Bakı”, “Dumanlar başımda dastana döndü” adlı qrup sərgilərinin və Zamir Süleymanovun “ALL-AND”, Əşrəf Muradın “Sevgi və etiraz”, Elturan Məmmədovun “Müvafiq tədbirlər”, Rəşad Ələkbərovun “Özünsən” və s. fərdi sərgilərinin kuratoru olub.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.