CƏMİYYƏT


Artezian sularının keyfiyyəti yoxlanılacaq

Bakı, 6 dekabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə Bakıda və Abşeron yarımadasında əhalinin istifadə etdiyi yeraltı artezian sularının pulsuz səyyar ekspress analizlərinin aparılması proqramına başlanılıb. Proqramın icrasına ilk olaraq dekabrın 10-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində start veriləcək. On gün ərzində hər iki qurumun mütəxəssisləri artezian sularının keyfiyyətini təhlil edəcəklər. Həmçinin yerli sakinlərlə söhbətlər aparılacaq və onlara tövsiyələr veriləcək.

Bu barədə AZƏRTAC-a ETSN-in əməkdaşı Faiq Mütəllimov məlumat verib. O, kampaniyanın keçirilməsində əsas məqsədin artezian sularının keyfiyyətinin öyrənilməsi, çirklənmədən mühafizəsi və əhali tərəfindən düzgün istifadə qaydalarının təbliği olduğunu bildirib.

F.Mütəllimov qeyd edib ki, monitorinqlər zamanı neqativ halların aşkarlanarsa, tədbirlər görüləcək və bu barədə əhaliyə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.