SİYASƏT


“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

Bakı, 15 avqust, AZƏRTAC

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilkin mərhələsi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edərək, minalanmış ərazini keçib, pulemyotlardan, minaatanlardan, qumbaraatanlardan və atıcı silahlardan atəş tapşırıqlarını yerinə yetiriblər.

Peşəkarlıq nümayiş etdirən artilleriyaçılarımız birinci mərhələdə bütün hədəfləri sərrast atəşlə məhv ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.