SİYASƏT


“Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra edilib

Bakı, 16 avqust, AZƏRTAC

“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanın Otar şəhərində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsində tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan, Rusiya, Tacikistan, Venesuella və Zimbabve komandalarının iştirak etdiyi müsabiqənin növbəti mərhələsində tapşırıqlar gecə vaxtı yerinə yetirilib.

Bu mərhələdə komandalar zirehli döyüş maşınlarında gecəgörmə cihazlarından istifadə etməklə marşrut üzrə müxtəlif maneələri dəf edib, həmçinin işıqlandırılan hədəflərə minaatanlar, qumbaraatanlar və avtomatlardan atəş açıblar.

Artilleriyaçılarımız bu mərhələdə də bütün hədəfləri sərrast atəşlə məhv edib.

Mərhələnin nəticələrinə görə Qazaxıstan birinci, Azərbaycan ikinci, Rusiya artilleriyaçıları isə üçüncü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.