SİYASƏT


“Artilleriya atəşinin ustaları” müsabiqəsində komandamızın birinci heyəti uğur qazanıb VİDEO

Bakı, 8 avqust, AZƏRTAC 

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan komandası yarışlarda inamla mübarizə aparır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gün keçirilən mərhələdə artilleriyaçılarımızın birinci heyəti bacarığını nümayiş etdirib. Gecə və gündüz atışlarında iştirak edən birinci heyətimiz hakimlərin qərarına əsasən 12 komanda arasında üçüncü yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.