SİYASƏT


“Artilleriya atəşinin ustaları” müsabiqəsinin açılış mərasimi olub

Bakı, 13 avqust, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və müavinləri, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin, hərbi attaşelər, komandalar və media nümayəndələri iştirak ediblər.

Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov qonaqları salamlayaraq "Beynəlxalq Ordu Oyunları" çərçivəsində keçilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin başlanması münasibətilə komandaları təbrik edib və onlara uğurlar arzulayıb.

General-polkovnik R.Jaksılıkov oyunların beynəlxalq əməkdaşlığın formalaşması və inkişafında xüsusi rola malik olduğunu vurğulayıb.

Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər.

Tədbirin rəsmi hissəsindən sonra yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər üçün konsert proqramı təqdim olunub.

Qeyd edək ki, avqustun 24-dək davam edəcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Ermənistan, Tacikistan, Zimbabve, Venesuella və Qırğızıstan komandaları iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.