SİYASƏT


“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib

Bakı, 9 avqust, AZƏRTAC

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında təşkil olunacaq “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.

Həmçinin artilleriyaçılarımız atıcı silah və təchizatları da qəbul ediblər.

Qeyd edək ki, beynəlxalq müsabiqədə doqquz ölkənin komandası mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.