SİYASƏT


Artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir VİDEO

Artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir VİDEO

Bakı, 7 fevral, AZƏRTAC

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun raket və artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutublar.

Keçirilən məşğələlərdə əsas diqqət Vətən müharibəsində əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla, komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.