SİYASƏT


Artilleriya bölmələrində döyüş atışlı təlimlər keçirilib VİDEO

Bakı, 3 dekabr, AZƏRTAC

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər suallar məşq etdirilərək komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyəti, o cümlədən hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlərdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəş zərbələri ilə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.