REGİONLAR


Artilleriya, reaktiv və tank əleyhinə batareyaların zabitlərinin iştirakı ilə ixtisas hazırlığı məşğələləri keçirilir VİDEO

Naxçıvan, 20 fevral, AZƏRTAC

Əlahiddə Ümumqoşun Orduda artilleriya, reaktiv və tank əleyhinə batareyaların zabitlərinin iştirakı ilə ixtisas hazırlığı məşğələləri keçirilir.

Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində keçirilən məşğələlərdə əsas diqqət artilleriya, reaktiv və tank əleyhinə batareyaların döyüş qabiliyyətinin artırılmasına, zabitlərin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Virtual təlim meydançasında döyüş sursatı və yanacaq sərf etmədən müxtəlif şəraitdə atış və atışın idarəolunması həyata keçirilir. Xüsusi proqram təminatına malik kompüterlər və məşq qurğularının tətbiqi ilə komandirlərin real döyüş şəraitində bölmələri və silahları idarəetmə bacarıq və vərdişləri yoxlanılır. Məşğələlərin sonunda atəş göstəricilərinin dəqiqliyi müqayisə edilir, şəxsi heyətin bilik səviyyəsini müəyyən edən qiymətləndirmə aparılır.

Bundan əvvəl keçirilmiş məşğələ və təlimlərin uğurlu nəticəsi Əlahiddə Ümumqoşun Ordunun Vətən müharibəsində iştirak etmiş tankəleyhinə bölmələrinin heyətlərinin düşmən üzərində qazandıqları inamlı qələbədə özünü aydın şəkildə göstərib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.