SİYASƏT


Artilleriyaçılarla komandir toplanışı keçirilib

Bakı, 19 iyun, AZƏRTAC 

Azərbaycan Respublikasının Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, birlik və birləşmələrin artilleriya rəisləri, həmçinin artilleriya hərbi hissələrinin komandirləri və onların müavinləri ilə komandir toplanışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə raket və artilleriya bölmələri ilə döyüş vəziyyətinə uyğun şəraitdə təlim və məşğələlər keçirilib, döyüş hazırlığının yekunları və hərbi intizamın vəziyyəti təhlil edilib, növbəti tədris mövsümü ilə əlaqədar tapşırıqlar verilib.

Toplanışın yekununda zabit heyətinin nəzəri biliklərinin yoxlanılması məqsədilə məqbullar qəbul edilib və praktiki atışlar icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.