MƏDƏNİYYƏT


“Artım” layihə məkanı dəvət edir

Bakı, 14 sentyabr, AZƏRTAC 

“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında açılmış “Müvafiq tədbirlər” sərgisi davam edir.

AZƏRTAC xəbər verir ki, rəssam Elturan Məmmədovun fərdi sərgisi ilə həftənin II, III, IV və V günləri, 12:00-dan 20:00-dək hər kəsin tanış olmaq imkanı var. Sərginin müddəti oktyabrın 2-nə qədər uzadılıb.

Binaya daxil olmazdan öncə, qaydalara riayət etmək vacibdir. Məkana eyni vaxtda 6 nəfər daxil ola bilər.

Tibbi maskaların və antiseptikin istifadəsi zəruridir.

Giriş ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.