MƏDƏNİYYƏT


“Artım” layihə məkanında küçə incəsənətindən danışılıb

Bakı, 21 may, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında keçirilən “De/Konstruksiya” müzakirələri çərçivəsində küçə incəsənəti sahəsində fəaliyyət göstərən rəssam Füzuli Əliyev ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində rəssam öz yaradıcılıq fəaliyyəti və təcrübələrini iştirakçılarla bölüşüb, maraq doğuran sualları cavablandırıb.

Rəssamın əsərləri kalliqrafiya və qrafiti sənəti arasında yer alan unikal bədii dildə ictimai və fərdi mövzuları araşdırır. O, küçəni yaradıcılıq imkanları üçün ən əlverişli “qalereya” kimi təsvir edir. Onun fikrincə, “gözəllik günəşə əlçatan olmalıdır”.

“De/Konstruksiya” – “Artım”da sərgilərin montaj və demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.