MƏDƏNİYYƏT


“Artım” layihə məkanında növbəti görüş olacaq

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 19-da “Artım” layihə məkanında açılan “Periferik genişlənmə” sərgisi çərçivəsində fotoqraf Emin Mathers ilə görüş keçiriləcək.

AZƏRTAC xəbər verir ki, görüşdə, “Artım”da nümayiş olunan “NOVA III” adlı fotosilsilənin müəllifi Emin Mathers ilə birgə xüsusi yaradılmış cazibə qüvvəsinin sanki yox olduğu bir məkanda təcrübədən keçiriləcək hissləri və təəssüratları araşdırılacaq. Həmçinin, fotoqraf silsilənin ekspozisiyada nümayiş olunmayan digər əsərlərini də qonaqlarla müzakirə edəcək.

Qeyd edək ki, sərgi noyabrın 29-dək ziyarətçilər üçün açıq qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.