MƏDƏNİYYƏT
“Artım” layihə məkanında sənədli filmlər nümayiş olunacaq
Bakı, 1 avqust, AZƏRTAC
YARAT Müasir İncəsənət Məkanı filmsevərləri “Homo Urbanus” sənədli filmlərin nümayişinə dəvət edir.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, avqustun 4-də “Artım” layihə məkanında “Rabatius” (Rabat) və “Shanghaianus” (Şanxay) filmləri göstəriləcək.
Vizual antropologiya və müşahidə filmi “Homo Urbanus” – ictimai məkan anlayışını amansızca kiçildən və onu minimum vəziyyətinə gətirib çıxardan, təcrid və sosial uzaqlaşmanın məhdudiyyətlərini təsvir edir. Bu filmlər şəhər insanını sanki "mikroskop" altına qoyur və kollektiv davranışa, şəxsiyyətlərarası dinamikaya, sosial gərginliyə, hər gün şəhər küçələrinin möhtəşəm səhnəsində oynayan iqtisadi və siyasi qüvvələrə daha yaxından baxmağa təşviq edir.
Nümayişin sonunda ACID praktikasının (Madrid) həmtəsisçisi və “Manarch Studio”nun (Bakı) tərəfdaşı, memar, qrafik dizayner və redaktor Ucal Qorçu ilə kiçik diskussiya keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]