MƏDƏNİYYƏT


“Artım” layihə məkanında sənədli filmlər nümayiş olunub

Bakı, 10 avqust, AZƏRTAC

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə kinosevərlər üçün “Homo urbanus” silsilə sənədli filmlər təqdim edilib.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, “Artım” layihə məkanında “Rabatius” (Rabat) və “Shanghaianus” (Şanxay) filmləri göstərilib.

Vizual antropologiya və müşahidə filmi “Homo Urbanus” – ictimai məkan anlayışını amansızca kiçildən və onu minimum vəziyyətinə gətirib çıxardan, təcrid və sosial uzaqlaşmanın məhdudiyyətlərini təsvir edir. Bu filmlər şəhər insanını sanki "mikroskop" altına qoyur və kollektiv davranışa, şəxsiyyətlərarası dinamikaya, sosial gərginliyə, hər gün şəhər küçələrinin möhtəşəm səhnəsində oynayan iqtisadi və siyasi qüvvələrə daha yaxından baxmağa təşviq edir.

Nümayişin sonunda ACID praktikasının (Madrid) həmtəsisçisi və “Manarch Studio”nun (Bakı) tərəfdaşı, memar, qrafik dizayner və redaktor Ucal Qorçu ilə kiçik diskussiya aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.