MƏDƏNİYYƏT


“Artım”da “Moda və incəsənət” adlı ustad dərsləri başlayıb

Bakı, 8 sentyabr, AZƏRTAC

“Artım” layihə məkanında gənc modelyer-rəssam Əhməd Nəbiyev “Moda və incəsənət” adlı silsilə ustad dərsləri keçirib.

AZƏRTAC xəbər verir ki, məşğələlər moda sənayesi sahəsində həm nəzəri, həm də praktiki biliklərin çatdırılmasını nəzərdə tutur.

Sentyabrın 27-dək davam edəcək məşğələlərdə moda sahəsinin xüsusiyyətləri, ixtisasların istiqamətləri və müxtəlifliyi haqqında məlumat veriləcək, dizayner ixtisası təhlil ediləcək. Bütün məşğələlərdə iştirak edənlərə sonda sertifikatlar təqdim olunacaq.

Tədbir yerli brend olan MMMDN-nin təsisçisi Fidan Sadıqla birlikdə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.