MƏDƏNİYYƏT


“Artım”da növbəti ustad dərsləri musiqiyə həsr ediləcək

Bakı, 23 avqust, AZƏRTAC

Sentyabrın 2-də “Artım” layihə məkanında “Daimi gözəllik: Musiqi əsl incəsənət forması kimi” adlı elektron musiqi mövzusunda ustad dərsləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, dərslər zamanı iştirakçılar musiqi sənətinə aid ədəbiyyat məlumatları, musiqi proqramlarından (Ableton) istifadənin əsas məqamlarını öyrənib, musiqinin insan şüuruna psixoloji təsirindən biliklər əldə edəcəklər. Həmçinin iştirakçılar yekunda verilmiş mövzu (proqram təminatı üzrə əldə edilmiş texniki biliklər vasitəsilə) əsasında musiqi parçaları yaradacaqlar.

Sentyabrın 6-dək davam edəcək dərslər bəstəkar - müğənni Diana Hacıyeva tərəfindən keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.