MƏDƏNİYYƏT


“Artım”da rəssamlar üçün ustad dərsləri keçiriləcək

Bakı, 7 fevral, AZƏRTAC

“Artım” layihə məkanında “Perpendikulyar həqiqətlər” sərgisi çərçivəsində rəssam Murad Əkbərlinin iştirakı ilə ustad dərsləri keçiriləcək. AZƏRTAC xəbər verir ki, fevralın 12-də təşkil olunacaq ustad dərslərində hər kəs iştirak edə bilər.

Dərslərdə Cənub regionundakı həyat tərzi haqqında müzakirələr aparılacaq. Tədbirin iştirakçıları müzakirə zamanı kətan və boyalar vasitəsilə öz düşüncələrindəki “cənub dünyası”nı yaradacaqlar. Rəssamlar əsərləri vasitəsilə subyektiv yanaşmalarını eksperiment etməklə təqdim edəcəklər.

Rəssam Murad Əkbərlinin ekspressionistik tabloları, onun yaradıcılığında bir müddət əvvəl başlayan “yaşıl” mərhələsinin bir parçasıdır. Rəngkarlıq vasitəsilə ətrafında baş verən hadisələri əks etdirən rəssamın hər tablosu ayrı-ayrılıqda bir hekayədir. Onun “Leyli və Məcnun” instalyasiyası Nizami Gəncəvinin eyniadlı poemasına olan müasir alleqoriyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.