MƏDƏNİYYƏT


“Artım”da yeni sənədli film

Bakı, 8 noyabr, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında “Periferik genişlənmə” sərgisi çərçivəsində rejissor Aygün Rəşidovanın “Mənim qarmonum” sənədli filmi nümayiş edilib.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, ekran əsərinin nümayişindən sonra onun qəhrəmanı canlı olaraq qarmonda ifa edib.

Filmdə 10 yaşlı Sabirin arzularından danışılır. O, musiqiçi olmaq istəyir. Məcburi köçkün ailəsində anadan olan Sabir bütün həyatını Bakı şəhərinin Biləcəri stansiyasının dəmir yollarının arasında yerləşən ailəsinin tikdiyi kiçik bir evdə yaşayıb.

Sabirin akkordeona ehtiyacı var. Valideynlərinin gəlirlərini nəzərə aldıqda isə bu musiqi aləti əlçatmaz görünür. Ürəyi musiqi eşqi ilə döyünən Sabir gələcəyinin necə olacağını təsəvvür edə bilmir. Bu çətinliklərə baxmayaraq hələ də ümid yeri var. Sabir qonşusunun sınıq qarmonu ilə məşq edir, bacarıqlarını artırmağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.