MƏDƏNİYYƏT


“Artım”ın elan etdiyi müsabiqənin bitməsinə iki gün qalıb

Bakı, 6 fevral, AZƏRTAC

“Artım” layihə məkanının yerli rəssamlara göstərdiyi dəstək proqramı çərçivəsində elan etdiyi müsabiqə fevralın 8-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, müsabiqə İçərişəhərdə, Qüllə küçəsində açıq havada quraşdırılacaq art obyekt üçün aparılır. Art obyekt xüsusi olaraq “Artım” layihəsinin əsas mahiyyətini vurğulamalıdır.

Açıq müsabiqədə iştirak üçün peşəkar və həvəskar rəssam, heykəltəraş, memar, dizayner və digər yaradıcı peşə sahiblərinin müraciətləri qəbul olunur. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Hər iştirakçı istənilən sayda təklif göndərə bilər.

Göndərilən təkliflər “Artım” layihəsinin konseptinə uyğun, diqqəti cəlb edən, kreativ, qeyri-adi yanaşma təklif edən, İçərişəhərdə yeni turizm obyektinə çevrilə biləcək və ətraf təsirlərə dözümlü materialdan olmalıdır.

Təklifləri [email protected] e-mail ünvanına göndərərkən, aşağıdakı məlumatları qeyd etmək mütləqdir:

- Müəllifin adı, soyadı;

- Əlaqə telefonu;

- Art obyektin yazılı təsviri (konsept və texniki şərtlər);

- Art obyektin eskizləri.

Layihə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə əməkdaşlığa əsasən həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.