ELM VƏ TƏHSİL


Artıq Azərbaycan xaricdə daha çox tanınır

London, 15 fevral (AZƏRTAC). Artıq Azərbaycan xaricdə daha çox tanınır. Britaniyada təhsil alan tələbələrin Azərbaycan haqqında məlumatları artmaqda davam edir.

Bu sözləri Londonda “Avropa enerji təhlükəsizliyinin təminatı: Azərbaycan və Türkiyənin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda, Azərbaycan Dövlət Neft Şirkətinin təqaüdü ilə Essex Universitetində təhsil alan Amirli Amir AZƏRTAC-a müsahibəsində demişdir.

Bildirmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən diqqət və qayğının təzahürü olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusilə diqqətəlayiqdir. Ölkə rəhbərliyinin gördüyü bu tədbirlər Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında və ölkəmizin nüfuzunun artmasında mühüm rol oynamışdır.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.