CƏMİYYƏT


Arvadına bıçaqla xəsarət yetirib ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub VİDEO

Bakı, 9 avqust, AZƏRTAC 

Avqustun 8-də saat 15 radələrində Tovuz rayon sakini Rəqsanə Məmmədovanın bıçaqlanması nəticəsində aldığı xəsartlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Tovuz Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin əri Malik Məmmədalıyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Malik Məmmədalıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.