CƏMİYYƏT


Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub

Bakı, 26 iyul, AZƏRTAC

İyulun 24-ü saat 11 radələrində Xəzər rayonunun Binə qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Xəzər Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1977-ci il təvəllüdlü Meyxoş Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xatirə Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyxoş Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.