Arvadını yastıqla boğub öldürən şəxslə bağlı cinayət işi başlanıb
AzerTAg.az
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisindəki otellərin birində 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızının meyitinin aşkarlanması barədə şəhər prokurorluğuna məlumat verilib.
Sumqayıt Şəhər Prokurorluğundan AZƏRTAC-a verilən məlumatda bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış̧ keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış̧ münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərin mətnində orfoqrafik səhv var