Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturunda dəyişiklik edilib
AzerTAg.az

Bakı, 26 may, AZƏRTAC
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun növbəti Elmi şurası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclasın gündəliyində duran əsas məsələ institutun struktur tərkibində edilən dəyişikliklə bağlı olub. Rəyasət Heyətinin qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tərkibində olan Tarixi etnoqrafiya, Müasir dövr etnoqrafiyası və Türk xalqlarının etnoqrafiyası şöbələrinin A.A.Bakıxanov adına Tarix İnstitutunun tərkibinə verilməsi məsələsi müzakirə edilib. Həmin şöbələrin apardığı elmi-tədqiqat işlərinin elmi cəhətdən tarixlə bağlılığı daha çox olduğu üçün bu struktur dəyişikliyi barədə qərar verilib. Bu qərar Elmi şurada səsə qoyulub və yekdilliklə qəbul edilib.
Xəbərin mətnində orfoqrafik səhv var