ELM VƏ TƏHSİL


Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Bakı, 17 sentyabr, AZƏRTAC

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İnstitutun direktoru tarix elmləri doktoru, professor Maisə Rəhimova iclası açaraq şura üzvlərini tədbirin gündəliyi ilə tanış edib.

Elmi şuranın gündəliyinin birinci məsələsi AMEA-nın mərhum müxbir üzvü Vəli Əliyevin 85 illik yubileyinin qeyd edilməsi barədə olub. İştirakçılar mərhum alimin həyat yolundan, onun Azərbaycan arxeologiyasındakı xidmətlərindən söz açıblar. İclasda professor Vəli Əliyevin 85 illik yubileyinə həsr edilmiş elmi konfransın keçirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin institutun əməkdaşları – professor Qafar Cəbiyev və Qəhrəman Ağayevə 70 illik yubileyləri münasibətilə AMEA-nın İctimai Elmlər Bölməsinin fəxri fərmanı təqdim olunub. Həmçinin professor Hidayət Cəfərovun 75 illik yubileyi münasibətilə müvafiq qərar verilib.

Tədbirdə Elmi şuranın 2021-ci ilin ikinci yarısına dair iş planı da müzakirə edilib.

Bundan əlavə, dosent İlhamə Məmmədovanın “Azərbaycanda çay mədəniyyəti tarixi-etnoqrafik tədqiqat”, dosent Mehparə Əliyevanın “Azərbaycan xalq mahnıları etnoqrafik mənbə kimi (tarixi-etnoqrafik tədqiqat)”, dosent Taleh Əliyevin “Şimal-qərbi Azərbaycanın ilk orta əsr müdafiə istehkamları və qalaları”, Elnur İmanovun “Azərbaycanın tunc dövrü petroqriflərində zoomorf təsvirlər”, elmi işçi İsmayıl Umudlu və dosent Bəhmən Əliyevin “Şahnigar xanım Rəncur”, professor Tahir Əmiraslanovun rus dilində “Voprosı o dolme i vse toçki nad i” adlı monoqrafiyaları, Yaqub Məmmədovun “Cənubi Qafqazda neandertalların nəslinin kəsilməsi və Homo Sapiensin miqrasiyası” və Tarix Dostiyevin “Şəmkir şəhərinin Nizami dövrü şirli keramikasının səciyyəsinə dair” adlı elmi məqalələri və digər əsərlər çapa məsləhət görülüb.

İclasda doktorant Səmayə Məmmədovanın dissertasiya mövzusunun adına yenidən baxılması üçün də qərar verilib.

Daha sonra bir sıra cari məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.