ELM VƏ TƏHSİL


Arxeoloji tapıntıların tarixləndirilməsi qrupu mühüm nəticələr əldə edib

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) arxeoloji tapıntıların tarixləndirilməsi qrupu mühüm nəticələr əldə edib.

RPİ-dən AZƏRTAC-a bildiriblər ki, qrup nümayəndələri bir neçə arxeoloji qazıntının aparıldığı bölgələrdə olub və müxtəlif dövrlərə aid nümunələr götürüb, onları institutun xüsusi laboratoriyasında analiz ediblər.

Tədqiqatlar zamanı Ağdam rayonundan götürülən keramika nümunəsinin eramızdan əvvəl 4908-ci ilə, Ağstafa rayonu Həsənsu ərazisindən götürülən diş nümunəsinin eramızdan əvvəl 6432-ci ilə, həmçinin Qəbələ rayon Qalayeri ərazisindən götürülən diş nümunəsinin eramızdan əvvəl 3514-cü ilə aid olduğu sübut edilib.

Qeyd edək ki, institutda arxeoloji tapıntıların tarixləndirilməsi RPİ-nin aparıcı elmi işçisi, kimya elmləri namizədi Sahib Məmmədovun rəhbərliyi ilə 3 müxtəlif metodla (radiokarbon, elektron paramaqnit rezonans və termolüminessensiya) aparılır və tapıntıların yaşı təyin olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.