MƏDƏNİYYƏT


Arxeoloq alim Qafar Cəbiyevin anadan olmasının 70 illiyinə həsr edilmiş vebinarlar təşkil olunub

Bakı, 15 avqust, AZƏRTAC 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, onun “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi arxeoloq alim, professor Qafar Cəbiyevin anadan olmasının 70 illiyinə həsr olunmuş vebinarlar keçirib.

AZƏRTAC xəbər verir ki, ilk vebinar “Arxeoloji ekspedisiya: Şamaxı” mövzusuna həsr olunub. Vebinarın moderatoru “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, məruzəçiləri Azərbərpa Layihə-Tədqiqat İnstitutunun direktoru, memarlıq üzrə fəlsəfə doktoru Telman Kərimli, Qafar Cəbiyevin ekspedisiyalarının üzvləri tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova və Vüsal Həsənov olub. Vebinarda Şamaxının Dəmirçi kəndində yerləşən Gəgəli yaylağı nekropolu və “Ömər Sultan” ziyarətgahında aparılan arxeoloji tədqiqatlardan və onun nəticələrindən danışılıb.

Vebinarlarda Qəbələ-İsmayıllı və Ağsu-Kürdəmir abidələrindən, onlarda aparılan arxeoloji tədqiqatlardan bəhs edilib.

Avqustun 25-26-da isə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, onun “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi arxeoloq alim, professor Qafar Cəbiyevin anadan olmasının 70 illiyinə həsr olunmuş beynəlxalq vebinar-konfrans keçirəcək. Konfransda Qafar Cəbiyev və Azərbaycan arxeologiyası, orta əsr arxeologiyası, şəhər mədəniyyəti, Qafqaz Albaniyası arxeologiyası, Girdiman vilayəti abidələri, Azərbaycanın qala istehkamları, orta əsr sənətkarlığı, dini xatirə kompleksləri və digər mövzularda məruzələr dinləniləcək. Tezislər avqustun 20-dək toplanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.