ELM VƏ TƏHSİL


Arxeoloq alimlərimiz Türkiyədə beynəlxalq konqresdə məruzə ilə çıxış ediblər

Bakı, 13 may, AZƏRTAC

Türkiyədə Azərbaycanın görkəmli numizmat alimi, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 illiyinə həsr olunan beynəlxalq konqres keçirilib.

Konqresin plenar iclasında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov salamlama nitqi ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Bölmə iclasında isə A.Seyidovun “Qarabağın son Neolit dövrü abidələri” mövzusunda məruzəsi dinlənilib.

Konqresdə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktoru Leyla Rüstəmova “Leylatəpə mədəniyyətinin əsas mərkəzi - Qarabağ”, elmi işçi Bədircahan Məmmədova “Zaqatala bölgəsinin arxeoloji irsi (Dəmir dövrü abidələri)” mövzusunda məruzə ediblər.

Qeyd edək ki, hibrid formatda keçirilən konqresə 17 ölkədən 70-dən artıq məruzəçi qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.