DÜNYA


Arxeoloqlar Misirdə ana və körpəsinin məzarını aşkar ediblər

Qahirə, 15 noyabr, AZƏRTAC 

İtaliya və ABŞ-dan olan arxeoloqlar Misirdə, Asuana şəhərinin kiçik qədim qəbiristanlığında 3700 il bundan əvvəl doğuş zamanı ölən qadının məzarını aşkar ediblər.

AZƏRTAC Misirin Tarixi Abidələr Ali Şurasının Baş katibi Mustafa Vəzirinin bəyanatına istinadla xəbər verir ki, qəbirdə tapılan 25 yaşlı qadının sümükləri onun doğuş zamanı öldüyünü ehtimal etməyə əsas verir. Körpənin skeletinin vəziyyəti də bunu göstərir. Qabaqcadan aparılan təhlil göstərib ki, qadının nə vaxtsa çanaq sümüyü sınıb və ehtimal ki, düzgün inkişaf etməyən sümüklər doğuşa maneçilik törədib.

Həmçinin bildirilir ki, qadının skeleti at dərisinə bükülüb. Qəbirin içində böyük miqdarda dəvəquşu yumurtasının qabıqları da aşkarlanıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.