ELM VƏ TƏHSİL


Arxeoloqlar Nizami Gəncəvi yaradıcılığı ilə bağlı elmi konfransa hazırlaşırlar

Bakı, 26 oktyabr, AZƏRTAC

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müzakirəyə çıxarılan ilk məsələ “Azərbaycanın maddi və mənəvi mədəniyyəti Nizami Gəncəvi yaradıcılığında” mövzusunda elmi konfransın keçirilməsi barədə olub. İnstitutun direktor vəzifəsini icra edən tarix elmləri doktoru, professor Nəcəf Müseyibli bildirib ki, Nizami Gəncəvinin universal və ensiklopedik yaradıcılığında bütün elm sahələri üzrə məlumatlar, o cümlədən öz dövrü üçün Azərbaycan xalqının maddi və mənəvi mədəniyyəti üzrə geniş informasiya var. Konfransın 15 noyabr tarixinə planlaşdırıldığını deyən alim Nizami yaradıcılığı ilə onun dövrünə aid arxeoloji materialların əlaqəsi barədə məqalələrin hazırlanmasını tapşırıb.

Bundan əlavə, görkəmli arxeoloq Məmmədəli Hüseynovun anadan olmasının 100 illiyi ilə bağlı gələn ilin aprel ayında beynəlxalq elmi konfransın keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Eyni zamanda, fərdi planların yoxlanılması və hesabatların müəssisədə yaradılmış komissiyaya təhvil verilməsi, eləcə də gələn il üçün fərdi planların ilkin variantlarının təqdim edilməsi barədə iclasda tapşırıqlar verilib.

Həmçinin professor Arif Məmmədov dissertant Rövşən Həsənovun “Muğanın ilk orta əsr arxeoloji abidələri” adlı dissertasiya işinə yeni elmi rəhbər təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.