MƏDƏNİYYƏT


“Arxiv işi sahəsində xidmətlərin elektronlaşdırılması və yeniliklər” mövzusunda vebinar keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

9 iyun - Beynəlxalq Arxivlər Günü münasibətilə Milli Arxiv İdarəsində “Arxiv işi sahəsində xidmətlərin elektronlaşdırılması və yeniliklər” mövzusunda vebinar keçirilib.

Beynəlxalq Arxivlər Şurası cari ilin 7-11 iyun tarixlərini “Arxivlərin hüquq və imkanlarının genişləndirilməsi: Hesabatlılıq və şəffaflıq; Əməkdaşlıq şəbəkələrinin yaradılması; Müxtəliflik və inklüzivlik” şüarı altında Beynəlxalq Arxivlər Həftəsi elan etmişdir.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, vebinarda İdarə rəhbərliyi, şöbə müdirləri, respublika Dövlət arxivlərinin, Dövlət Arxivi filiallarının, Naxçıvan MR Dövlət Arxivinin direktor və direktor müavinləri iştirak ediblər.

Vebinarı giriş sözü ilə açıq elan edən idarənin rəisi Əsgər Rəsulov Beynəlxalq Arxivlər Günü münasibətilə təbriklərini çatdırıb, İKT-nin arxiv işində rolundan bəhs edib.

Daha sonra çıxış edən idarə rəisinin müavini Həsən Həsənov və İdarənin Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri Natiq Eminov arxiv işinin elektronlaşdırılması, arxiv sənədlərinin rəqəmsallaşdırılması, idarənin müvafiq informasiya sistemləri üzrə həyata keçirilmiş yeniliklər, o cümlədən son dövrlərdə Elektron Hesabatlar Sistemi (EHS) üzrə əlavə edilmiş yeni funksiyalar barədə iştirakçıları məlumatlandırıblar.

Vebinar diskussiya şəraitində davam etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.