CƏMİYYƏT


Arxiyepiskop Paul Riçard Gallager: Azərbaycan dövləti bütün imkanları ölkənin inkişafına sərf edir 

Bakı, 10 fevral, AZƏRTAC

Azərbaycana ilk dəfədir gəlsəm də qısa müddətdə bu ölkənin inkişafının şahidi oldum. Bu səfər məndə dərin təəssüratlar yaratdı. Bakı dinamik inkişaf edən şəhərdir. Çox gözəldir ki, Azərbaycan dövləti bütün mövcud imkanları ölkənin inkişafına sərf edir. Azərbaycan yaxşı perspektivə malik ölkədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager deyib.

Azərbaycandakı dini icmaların bir-birinə hörmətlə yanaşmasından məmnunluğunu ifadə edən qonaq bildirib ki, Vatikan bu cür təşəbbüsləri dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.