Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Arye Qut: Azərbaycanın Xocalı şəhərində erməni quldurların törətdiyi qeyri-insani vəhşilikləri bütün dünya bilməlidir

Arye Qut: Azərbaycanın Xocalı şəhərində erməni quldurların törətdiyi qeyri-insani vəhşilikləri bütün dünya bilməlidir

Bakı, 12 aprel (AZƏRTAC). İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü, “Justice for Khojaly” (“Xocalıya ədalət”) kampaniyasının İsrail dövlətində rəsmi əlaqələndiricisi, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş konfransdakı çıxışında bildirmişdir ki, “soyuq müharibə” dövrünün başa çatması və Sovet İttifaqının dağılması Cənubi Qafqaz regionuna çox böyük geosiyasi və strateji təsir göstərmişdir. Regionda yeni dövlətlər, yeni imkanlar və yeni çətinliklər yaranmışdır.

Bu barədə AZƏRTAC-a “Azİz” Beynəlxalq Assosiasiyasından məlumat verilmişdir.

A.Qutun fikrincə, beynəlxalq münasibətlərdə dondurulmuş münaqişə dedikdə elə vəziyyət nəzərdə tutulur ki, fəal siyasi münaqişəyə son qoyulmuşdur, lakin hələ sülh müqaviləsi yoxdur.

İsrailli ekspert demişdir: “Dondurulmuş Ermənistan-Azərbaycan münaqişəsi Sovet İttifaqının dağılması üçün tədricən təsir edən bomba effektinə malik ilk millətlərarası münaqişədir. 1988-ci ilin fevral ayında Dağlıq Qarabağın separatçı erməniləri Ermənistanın hərtərəfli dəstəyinə arxalanaraq Azərbaycandan ayrılmaq haqqında birtərəfli qərar qəbul etdilər. 1989-cu ilin dekabr ayında Ermənistan parlamenti beynəlxalq hüquq prinsiplərini və beynəlxalq münasibətlər sistemini kobud şəkildə pozaraq, qonşu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın ilhaq olunması barədə qərar qəbul etdi”.

A.Qut bu münaqişəni mahiyyəti barədə söhbət açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasına qarşı təcavüz nəticəsində ölkə ərazisinin təxminən 20 faizi işğal edilmiş, 20.000-dən çox adam öldürülmüş, 50.000-dən çox adam yaralanmış və ya şikəst edilmiş, işğal olunmuş 900-dən çox yaşayış məntəqəsi qarət olunmuş və ya dağıdılmışdır.

Ermənistanın Cənubi Qafqaz regionunda yürütdüyü siyasətdən söhbət açan A.Qut vurğulamışdır ki, Ermənistan Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) fəal, həm də Cənubi Qafqazda yeganə üzvüdür.

İsrailli analitik demişdir: “Cənubi Qafqaz regionunda təcrid olunmuş Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Xəzər dənizi hövzəsinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən praktiki olaraq kənarda qalmışdır. Danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı vəziyyətdə olan ölkədir. Sovet İttifaqı dağıldığı vaxtdan Ermənistan Rusiyaya bağlanmışdır, onun xarici siyasət və iqtisadiyyat sahəsində ambisiyalarından tamamilə asılıdır. Ərazisi kiçik, əhalisi üç milyon nəfər olan Ermənistan son illərdə daim geosiyasi baxımdan təcrid olunmuş vəziyyətdədir. Ermənistanı ac qalmaqdan xilas edən varlı erməni diasporu (fərdi transferlərin həcmi ildə 2 milyard dollara yaxındır) və ABŞ Konqresinin sponsor yardımıdır. Ermənistanın xarici aləmdən anormal dərəcədə asılı olması onun imkanlarını reallaşdırmağı ciddi çətinləşdirə bilər”.

Digər tərəfdən, israilli ekspertin fikrincə, Azərbaycan mötədil islam ənənələri ilə seçilən dünyəvi dövlətdir, onun NATO üzvü olan Türkiyə ilə mədəniyyət və dil baxımından qarşılıqlı münasibətləri çox güclüdür.

“Justice for Khojaly” kampaniyasının İsrail dövlətində rəsmi əlaqələndiricisi Arye Qut daha sonra konfrans iştirakçılarına Xocalıda qanlı qırğın haqqında “Azİz” Beynəlxalq Assosiasiyası tərəfindən hazırlanmış və yayılmış ətraflı materiallar nümayiş etdirmişdir.

Arye Qut qeyd etmişdir ki, 22 il bundan əvvəl o faciəli fevral gecəsində erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətmişlər.

Ekspert demişdir: “Ağlasığmaz vəhşiliklə törədilmiş bu kütləvi qırğın XX əsrin ən dəhşətli faciələrindən biri olmuşdur. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz bir yara kimi həmişəlik qalacaqdır. Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalı bir gecədə dağıdılmış və yandırılmışdır. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələr Xocalı tərk etməyə macal tapmamış şəhər sakinlərindən heç birinə rəhm etməmişlər. Erməni silahlı dəstələrinin törətdiyi vəhşilik nəticəsində 613 nəfər öldürülmüş, 487 insan şikəst edilmiş, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir düşərək dəhşətli əzablara, təhqirlərə və alçalmaya məruz qalmışdır. 150 nəfərin sonrakı taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur. Bu, əsl soyqırımı, insanlıqdan uzaq kütləvi qırğın idi. Xocalıda qətlə yetirilmiş 613 nəfər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olmuşdur”.

Arye Qut Xocalı soyqırımı haqqında təqdimat çərçivəsində faktlara istinad edərək vurğulamışdır ki, Xocalı şəhərinin mülki əhalisi qəsdən məhv edilmişdir, məqsəd - bu insanların yalnız azərbaycanlı olması səbəbindən onları kütləvi şəkildə qırmaq idi. Arye Qut demişdir: “Xocalı şəhəri Azərbaycan ərazilərini ələ keçirmək və etnik təmizləmələr üçün, şok yaradıcı qəddarlıq nəticəsində əhali arasında vahimə və qorxu hissi yaratmaq üçün növbəti mərhələ kimi seçilmişdi. O vaxt Qarabağ separatçılarının hərbi rəhbəri olmuş, indi isə Ermənistanın prezidenti olan Serj Sarkisyanın Xocalıdakı qanlı hadisələr barədə dediklərini dinləmək kifayətdir. O deyir: “Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər, lakin biz bu stereotipi aradan qaldırdıq”. Bu, dinc sakinlərin bilərəkdən kütləvi şəkildə qətlə yetirilməsinin açıq-aydın etirafıdır”.

İsrailli ekspert vurğulamışdır: “Bu, əsl faşizm və Azərbaycan xalqına münasibətdə vəhşilik təzahürüdür. Bütün dünya bu qeyri-insani vəhşiliyi bilməlidir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmişdir. Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları bu soyqırımının təşkilatçıları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.

Qut qeyd etmişdir ki, Ermənistanla dondurulmuş münaqişəyə və ərazisinin 20 faizinin işğal edilməsinə baxmayaraq, Odlar yurdu Azərbaycan bu gün də dünyada ən tolerant ölkə və sivilizasiyalararası, dinlərarası dialoqun əsl nümunəsi kimi qalır. Arye Qut demişdir: “Mən İsrail dövlətinin vətəndaşı və İsraildə Azərbaycan diasporunun nümayəndəsi kimi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbəri ölkənin yəhudi icmasının ənənələrinə qayğıkeş və səmimi münasibət nümayiş etdirir. Bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal yer olan Qırmızı Qəsəbə Azərbaycanın fəxridir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi mehriban yaşayırlar. Onları bağlayan ortaq taleləridir. Təsadüfi deyildir ki, 1918-1919-cu illərin faciəli hadisələri zamanı erməni daşnaklar Azərbaycan şəhərlərində qanlı qırğınlar törədərkən azərbaycanlılarla yanaşı, 3 mindən çox yəhudi həlak olmuşdur”.

Qutun sözlərinə görə İsrail dövləti müasir Azərbaycan rəhbərliyinin 20 minlik yəhudi icmasına səmimi və qayğıkeş münasibətdə rolunu yüksək qiymətləndirir.

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü çıxışının sonunda demişdir: “Gəlin unutmayaq ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir, ölkədə hər yeddi sakindən biri qaçqındır. Azərbaycanda heç vaxt antisemitizm olmamışdır və biz, İsraildəki Azərbaycan diasporu bu fakta görə fəxr edirik. Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir. Mənə ikinci elə bir ölkə - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi olsun – göstərin ki, orada ölkə Prezidentinin və birinci xanımın himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi inşa edilmiş olsun. Mənim fikrimcə, başqa bu cür ölkə tapa bilməzsiniz”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işinə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün qanunsuz saxlanılan odlu silah və sursatlar aşkarlanaraq götürülüb

Mətbuat xidmətlərinin rəhbərləri üçün “Böhran kommunikasiyası” mövzusunda təlim təşkil olunub

Azərbaycan Kubokunun yarımfinalında məhsuldarlıq rekordu yenilənib

DİM sertifikasiya imtahanı materiallarının hazırlanması üçün mütəxəssisləri əməkdaşlığa dəvət edir

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib VIDEO

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib