Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Arye Qut İtaliya mətbuatına müsahibəsində deyib: Xocalı soyqırımı mənim şəxsi faciəmdir

Arye Qut İtaliya mətbuatına müsahibəsində deyib: Xocalı soyqırımı mənim şəxsi faciəmdir

Roma, 28 fevral, AZƏRTAC

Beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun atası Əmir Qut ilə birlikdə Xocalı soyqırımı haqqında yazdığı “Ağrı” romanı İtaliyada nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitabın təqdimatı ilə əlaqədar Romaya gələn Arye Qut tanınmış italiyalı jurnalist Rok Reynoldsa müsahibə verib. Müsahibə İtaliyanın nüfuzlu “Globalist” analitik-xəbər portalında dərc edilib. Jurnalist Rok Reynolds müsahibənin əvvəlində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan, 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı qətliam barədə Əmir Qut və Arye Qutun roman yazması və həmin romanın İtaliyanın Sandro Teti Editore nəşriyyat evi tərəfindən italyan dilində nəşr olunması barədə məlumat verir, kitabın Romada təqdimatı münasibətilə Arye Qutdan aşağıdakı müsahibəni götürdüyünü bildirir və müəllifin bütün suallara həvəslə cavab verdiyini təqdir edir.

-Siz İsrail vətəndaşlarısınız. Sizi Azərbaycanın bölgəsi haqqında, eləcə də Ermənistanla münaqişə ilə bağlı yazmağa nə həvəsləndirdi?

-Haqlısınız, atam və mən İsrail Dövlətinin tamhüquqlu vətəndaşlarıyıq. İsrailə və yəhudi xalqına tam bağlı olan israilliyik, eyni zamanda, öz vətənimiz olan Azərbaycanı sevirik, onu unuda bilmərik. Oğlum Aviel də unutmayacaq ki, onun atası və babası “Odlar Yurdu”nda doğulublar. Atam Əmir Qut 40 ildən artıq Azərbaycan televiziyasında ictimai-siyasi proqramlar hazırlayan rejissor vəzifəsində çalışıb. Atam bütün faciəni, bu müharibənin dəhşətli üzünü, Ermənistanın təcavüzünün nəticələrini, doğma torpaqlarından qovulan azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilməsini öz gözləri ilə görüb. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi başlayanda mənim 17 yaşım var idi, tələbə idim və bütün bu dəhşətli hadisələr gözlərimin qarşısında baş verirdi. Heç vaxt antisemitizmin baş vermədiyi, cəmiyyətin ayrılmaz tərkib hissəsi olan biz yəhudilərin yaşadığı, tolerantlıq və multikulturalizm adası olan mənim Vətənim Azərbaycan işğaldan və Ermənistan tərəfindən elan olunmayan müharibədən əziyyət çəkir. Bu roman, sadəcə olaraq, maraqdan irəli gəlmir, müharibə və dəhşətli ağrıya baxmayaraq, həyat, vətən və doğma insanlara sevginin qalib gəldiyini dünyaya sübut etmək üçün göstərilən səydir.

-Sizin fikrinizcə, bu coğrafi məkan üçün ən vacib olan nədir?

-Cənubi Qafqaz Asiya ilə Avropanın qovuşuğunda yerləşən böyük əhəmiyyətə malik, müxtəlif mədəniyyətlər, xüsusilə də Azərbaycanın nümunəsində iqtisadi və təbii sərvətlərə malik regiondur. Bu regionun hazırda iqtisadi lokomotivi olan Azərbaycan böyük geosiyasi və geoiqtisadi layihələr həyata keçirir. Məlumdur ki, regiondan həm İsrail, həm də Avropa ölkələri üçün strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft kəməri və Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan Cənub Qaz Dəhlizi keçir. Bu layihələrin hər ikisi Azərbaycanın təşəbbüsüdür. Bundan başqa, keçən il oktyabrın 30-da Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin və “Yeni İpək Yolu” layihəsinin əsas komponenti olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Düşünürəm ki, Cənubi Qafqaz regionu və ölkələrinin sabitliyə, müharibənin yoxluğuna və iqtisadi rifaha ehtiyacı vardır. Təəssüf ki, regionda bütün müsbət meyilləri təhlükə altında qoyan geosiyasi münaqişələr hələ də davam edir.

-İsraildən olaraq və “Holokost” sözünün nə məna verdiyini yaxşı bilərək erməni “Holokost”u ilə bağlı fikirləriniz necədir? Çünki İrəvanda müəyyən mənada Yad Vaşemi xatırladacaq mavzoley vardır.

-Holokost yəhudi xalqının yaddaşında əbədi həkk olunmuş dəhşətli və dözülməz faciədir. Holokost işgəncələrə, əzab-əziyyətlərə, alçaldılmağa və təhqirlərə məruz qalmış yəhudi xalqının ağrısı-acısı, onun kütləvi şəkildə məhv edilməsi deməkdir. Bu yaxınlarda, dünya yəhudiləri günahsızcasına öldürülmüş altı milyon yəhudinin xatirəsini anıblar. Həmin vaxt yəhudilərin bu dəhşətdən, barbarlıq və qəddarlıqdan qaçaraq gizlənə bilmələri üçün yer çox az idi. Bu ölkələrdən biri Azərbaycan olub. Azərbaycan həmişə digər xalqlara qonaqpərvər münasibət göstərməsi ilə məşhur olub. Azərbaycan mənim ailəm üçün, öz həyatlarını və uşaqlarının həyatlarını nasistlərdən xilas etmiş minlərlə Avropa yəhudisi üçün qeyd olunan az məkanlardan biri, sözün əsl mənasında, Vətən olub. Qondarma “erməni soyqırımı”na gəldikdə, mənim ölkəm 1915-ci il hadisələrini rəsmi olaraq soyqırımı kimi tanımır. Vaxtilə İsrailin doqquzuncu prezidenti Şimon Peres demişdi ki, bu faciəni öz maraqları naminə yəhudi xalqının ən dəhşətli faciəsi ilə müqayisə etmək olmaz. Bu fikri tam şəkildə bölüşürəm.

-Nə üçün tarixi kitab yazmaq əvəzinə, tarix və məlumatların ehtiva olunduğu roman yazmağı qərara aldınız?

-Tarixi kitab yazmaq niyyətimiz yox idi, belə bir məqsədimiz də olmayıb. Öz həyatım, atamın həyatı və dəhşətli Xocalı soyqırımı ilə bağlı hissənin də olduğu real hadisələrə əsaslanan bədii sənədli roman yazmaq istəyirdik. Müxtəlif konfessiyalara, müxtəlif millətlərə mənsub, fərqli mühit və şəraitdə böyümüş, taleyin qismətindən Bakı şəhərində görüşən iki gəncin romantik sevgi tarixçəsini təsvir etməyə çalışmışıq. Romanın qəhrəmanları vasitəsilə göstərməyə çalışmışıq ki, Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə birgə tarix və taleyə malik qardaşlar kimi dinc yaşayıblar və yaşamaqda davam edirlər. İsrail Dövlətinin vətəndaşı kimi fəxr edirəm ki, Azərbaycanda multikulturalizm və tolerantlıq həyat tərzidir. Bu dövlətdə heç vaxt təqiblər, qırğınlar və antisemitizm faktları olmayıb. Eyni zamanda, əsərin qəhrəmanı Röyanın taleyi vasitəsilə Ermənistanın Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törətdikləri dəhşətləri real olaraq təsvir etmişik. Bu, olmuş tarixdir, bu, real hadisədir və onu gizlətmək niyyətimiz yoxdur. Çünki atam faciədən bir ay əvvəl Xocalını görmüş şəxsdir və mən bu romanı yazarkən İsrail mətbuatının nümayəndələri ilə birlikdə 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş bu dəhşətli gecənin real şahidləri ilə bir neçə dəfə görüşmüşəm. Ermənistan silahlı birləşmələri tərəfindən 1992-ci ildə törədilmiş vəhşiliklər İŞİD tərəfindən istifadə edilmiş üsullara oxşardır. Məhz bu səbəbdən Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktı mənim üçün də şəxsi ağrı-acıdır, mənim də şəxsi faciəmdir.

-Qohumlarınız arasında bu dəhşətli gecədə həlak olanlar varmı?

-Xocalıda qohumlarımız yox idi. Mənim atam rejissor kimi müxtəlif vaxtlarda işlə əlaqədar Xocalıda olub və həmin dövrdə rabitəçi işləmiş Dürdanə Ağayeva ilə bağlı reportajlar hazırlamışdı. Taleh elə gətirdi ki, atamla Bakıya səfərlərimizin birində Xocalıdan erməni əsirliyində olmuş insanlarla görüş zamanı atam Dürdanəni, o dəhşətli gecənin şahidini tanıdı. Bizim romanda xüsusilə ən ağır və yaddaqalan bölmələrdən biri Dürdanə ilə bağlı hissədir. Onu bir oxuyun. Bu xülya və uydurma deyil, real hadisədir: Dürdanənin dəhşətli səkkizgünlük əsirlik faciəsi. Düşünün: Ermənistan qoşunları Xocalıda bəşəriyyətin müasir tarixinin ən dəhşətli kütləvi cinayətlərindən birini törədəndə onun cəmi 20 yaşı var idi. İki yaşlı azərbaycanlı uşağı valideynlərinin gözləri qarşısında necə güllələdiklərini, hamilə qadınları və yaşlıları qundaq zərbəsi ilə necə öldürdüklərini görüb. Ermənilər tərəfindən məruz qaldığı zorakılığı kütlə qarşısında danışa bilməyəcək dərəcədə sözlə ifadə edilməyən ağrıya məruz qalıb. Lakin Dürdanə Ağayeva bizimlə söhbətində deyib ki, yalnız öz hekayəsini bölüşməklə rahatlıq tapa bilər.

-Haqqında az bildiyimiz Qafqaz Albaniyasının tarixdə rolunun nədən ibarət olduğuna dair oxucularımıza nə deyə bilərsiniz?

-Qafqaz Albaniyası kilsəsi ən qədim xristian məbədlərindən biridir. Qafqazda apostol Varfolomey tərəfindən yaradılmış ilk kilsədir. Qafqaz Albaniyası rəsmi olaraq xristianlığı eramızın 213-cü ilində qəbul edib, ermənilər isə xristianlığı, katolikos Avraamın albanlara məktubunda yazdığı kimi, albanlardan sonra qəbul ediblər: “Alban məbədi bizim erməni kilsəsindən əvvəl olub”. Rus imperiyasının ermənilər üçün atdığı ən əhəmiyyətli addım alban apostol kilsəsinin ləğvi olub. Cənubi Qafqazın rus imperiyası tərəfindən işğalından sonra 1836-cı ildə çar I Nikolay Azərbaycanda alban apostol kilsəsi patriarxlığının ləğvi və onun mülkiyyətinin erməni qriqoryan kilsəsinə verilməsi haqqında fərman imzalayıb. Rus imperiyası bununla ermənilərin əl-qolunu açıb və ermənilər onlara heç vaxt məxsus olmayanları özününküləşdiriblər.

-Din amilinin bu regiondakı zorakılıqda rolu varmı? Hər şeydən öncə, azərbaycanlılar müsəlman, ermənilər isə xristiandırlar.

-Mən Cənubi Qafqazda, azərbaycanlılar, yəhudilər və ermənilərin vaxtilə bir ailə kimi yaşadığı zəngin mədəni müxtəlifliyə malik Bakı şəhərində doğulmuşam. 30 ilə yaxındır davam edən münaqişə fonunda Ermənistana və Azərbaycana baxmaq kifayətdir. Ermənistan yalnız ermənilərin yaşadığı monoetnik ölkədir. Əksinə, Azərbaycan isə ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, sülh və firavanlıq axtarışında olan, cəmiyyətlər və dinlər arasında dialoq üçün real platformaya çevrilib. Bakıda gəzərkən şəhərin mərkəzində məscid, kilsə və sinaqoq görə bilərsən. Buna görə də bu münaqişədə din amili əsassızdır. Bu münaqişənin dinlə heç bir əlaqəsi yoxdur. Münaqişə yalnız Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından yaranıb.

-Ermənistan sizin kitabda mənfi tərəfdən işıqlandırılıb. Bu ölkə ilə bağlı bəzi nəşrlər oxumuşam və hesab edirəm ki, hər iki tərəfin öz “həqiqət”lərini danışmaq üslubu vardır. Bilirəm ki, bu, sizin üçün qəribə, bəlkə də hətta qəbuledilməz görünə bilər, lakin yaxşı kitab məhz bunu etməlidir: fantaziya və tarixdən ibarət cəlbedici qarışıq vasitəsilə perspektivləri müəyyənləşdirməyə çalışmaq. Bu haqda nə düşünürsünüz?

-Vurğulamaq istərdim ki, bizim Ermənistanı mənfi tərəfdən işıqlandırmaq məqsədimiz yox idi. Aydındır ki, onların öz “həqiqət”ləri var. Tarix və fantaziya cəlbedici qarışıqdır, lakin bu, fantastik əsər deyil. Bu gün İsraildə çoxlu Azərbaycan-yəhudi nikahları və qarışıq ailələr vardır, eləcə də bunu Azərbaycanda görmək olar. Yəhudilər və azərbaycanlılar arasında mənəvi qardaşlıq mövcuddur, Avropada bir çox insanlara qəribə gəlsə də bu, əsl reallıqdır. Bütün Azərbaycan xalqı tərəfindən sevilən yəhudi əsilli Azərbaycanın Milli Qəhrəmanı vardır, bu, Albert Aqarunovdur. Bizim üçün Albert azərbaycanlı-yəhudi qardaşlığının həqiqi rəmzidir və bu, fantaziya deyil, əsl həqiqətin təzahürüdür. Xocalıda baş vermiş dəhşətli qırğın ilə bağlı bütün faktlar sənədli film və videolar, Xocalı soyqırımını yaşamış şahidlər, xarici ekspert və jurnalistlər ilə birgə real hadisələrdir. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi. Xocalı soyqırımında şəxsən iştirak etmiş Ermənistanın indiki prezidenti Serj Sarkisyanın özünün dedikləri həqiqətin harada olduğunu üzə çıxarır. Tomas de Vaalın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Qarabağ: Ermənistan və Azərbaycan sülh və müharibə yollarında” adlı kitabında Xocalı qırğını ilə bağlı suala Sarkisyan belə cavab verib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipi dağıda bildik və budur baş verənlər”. Bundan başqa, erməni müəllif Markar Melkonyan öz qardaşı, Xocalı soyqırımının törədilməsində şəxsən iştirak etmiş məşhur beynəlxalq terrorçu Monte Melkonyana həsr etdiyi “Qardaşımın yolu: Amerikalının Ermənistana olan uğursuz səyahəti” adlı kitabında necə Xocalının bəzi sakinlərinin 10 kilometr qaçdıqdan sonra təhlükəsiz əraziyə çatdıqları, lakin erməni əsgərlərin onları tutaraq süngü ilə doğramağa başladıqlarını təsvir edib. Azərbaycan əraziləri işğal olunub və etnik təmizləmənin qurbanları olan azərbaycanlılar öz torpaqlarında qaçqın və məcburi köçkündürlər. Bu, həqiqəti görmək istəyənlər üçün açıq-aşkar sübutdur, görməyənlər üçün isə yox.

-Qorxmursunuz ki, Qafqaz ərazisində yeni zorakılıqlar baş verə bilər və ya düşünürsünüzmü ki, hazırda normallaşma dövrünü keçirik?

-Düşünürəm ki, 2016-cı ilin aprel hadisələri bir daha göstərdi ki, bu münaqişə dondurulmuş deyil və hər an genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlaya bilər. Ermənistanın hərbi təxribatlarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək onları geri çəkilməyə məcbur edib. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkədir, lakin rəsmi Bakı bu münaqişənin sülh yolu ilə həllinə çalışır. Ermənistan qərar qəbul etməlidir, çünki öz işğalçılıq siyasətinə görə geosiyasi və geoiqtisadi təcrid vəziyyətindədir. Bunun günahkarı Ermənistanın özüdür.

-Sizcə, Dağlıq Qarabağda əhalinin məruz qaldığı ən dəhşətli epizod hansıdır?

-Şübhəsiz ki, Xocalı soyqırımı. Bir gecədə aralarında 63 uşaq, 106 qadın və 70 yaşlı şəxsin olduğu 613 nəfər qətlə yetirilib, bundan əlavə, 487 nəfər şikəst edilib, 1275 əsir götürülüb, aralarında 68 qadın və 26 uşağın olduğu 152 nəfər isə itkin düşüb. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, yüzlərlə şəxs zorakılığa və işgəncəyə məruz qalıb. Sağ qalanların məruz qaldığı psixoloji zədələri hələ saymıram. 56 mülki şəxs xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirilib. Öldürülənlərin cəsədləri təhqir edilib. Ən dəhşətlisi odur ki, bütün bu vəhşilikləri törədənlər hələ də cəzalandırılmayıb, onlardan bir çoxu Ermənistanda Qarabağ müharibəsi “qəhrəmanı” kimi tanınır və hətta yüksək vəzifələr tuturlar.

-Son olaraq, sizcə nə üçün Dağlıq Qarabağ münaqişəsində ermənilər günahlandırılmalıdırlar?

-Məsələ mənim necə və ya nə səbəbdən o cür fikirləşməyimdə deyil. Bu, elə bir vəziyyətdir ki, faktlar öz-özünə danışır. Şübhəsiz ki, təcavüzə məruz qalan əraziləri işğal edilən və vətəndaşları öz torpaqlarında qaçqına və məcburi köçkünə çevrilən dövlətdir. Təcavüzkar isə beynəlxalq hüququ pozan və iyirmi beş ildən çoxdur ki, beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymayan dövlətdir. Əminəm ki, bütün bunlar həqiqəti başa düşmək üçün kifayətdir.

Müsahibə ilə bu linkdən tanış olmaq mümkündür:

http://www.globalist.it/letture/articolo/2018/02/27/l-eccidio-dimenticato-in-azerbaigian-raccontato-nel-romanzo-il-dolore-2020122.html 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar