CƏMİYYƏT


Arzu Babayeva: Lökbatan palçıq vulkanının püskürməsinin səbəb və nəticələri öyrənilir

Bakı, 11 avqust, AZƏRTAC

Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonu ərazisində - Lökbatanda püskürən palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmənin səbəb və nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakıdan 15 kilometr cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyniadlı neft-mədən sahəsində yerləşir. Lökbatan palçıq vulkanı dünyada beş ən aktiv palçıq vulkanından biridir. 1810-cu ildən bu günədək vulkan 25 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2017-ci ildə qeydə alınıb.

Xatırladaq ki, avqustun 11-də yerli vaxtla 09:36-da Lökbatanda palçıq vulkanı püskürüb. Palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5 dəqiqə 12 saniyə, püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.