İDMAN


Arzu Cəlilova: Doğma meydanda çıxış etmək böyük məsuliyyətdir

Bakı, 6 may, AZƏRTAC

Mən Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarında yaxşı nəticə göstərmək istəyirəm.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bunu Azərbaycan milli komandasının üzvü, dünya kuboku yarışlarının iştirakçısı Arzu Cəlilova deyib.

O bildirib ki, yarışa hazırlıqlar intensiv davam edir: "Gündə səkkiz saata yaxın məşq edirəm. Yaxşı nəticə göstərmək istəyirəm. Milli Gimnastika Arenasında keçirilən dünya kuboku yarışlarında ilk dəfə iştirak edəcəyəm. İndiyədək gənclər arasında turnirlərdə iştirak etmişəm. İlk dəfə böyüklər arasında xalçaya çıxacağam. Bu, çox həyəcanverici hissdir və doğma meydanda çıxış etmək böyük məsuliyyətdir".

Gimnastın sözlərinə görə, o və komanda yoldaşları dünya kuboku yarışlarının Bakıda keçirilməsi qərarını böyük sevinclə qarşılayıb.

Qeyd edək ki, mayın 7-9-da keçiriləcək dünya kuboku yarışlarında 35 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup) və fərdi proqram üzrə 61 gimnast mübarizə aparacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.