Arzu Məmmədova: Dövlətimiz ingilis dilinin inkişafına olduqca önəm verir
AzerTAg.az
Bakı, 30 iyun, AZƏRTAC
Beynəlxalq ingilis dili təlimi konfransının məqsədi tələbələrinin yüksək nəticələr əldə etməsinə yardımçı olmaqdır. Həmçinin azərbaycanlı müəllimlərin tədrisin ən müasir və ünsiyyət əsaslı metodlarından istifadələrini təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikriləri jurnalistlərə müsahibəsində ADA Universitetinin akademik və peşəkar məqsədlər üçün ingilis dili proqramının direktoru Arzu Məmmədova söyləyib.
O qeyd edib ki, bu təlim üçün Bakı və regionlardan müəllimlər seçilib.
"Təlim ABŞ səfirliyi tərəfindən maliyyələşdirilib və bu kursu təqribən 100 azərbaycanlı ingilis dili müəllimi tamamlayıb. Dövlətimiz ingilis dilinin inkişafına olduqca önəm verir. Bu istiqamətdən qeyd edə bilərik ki, təlimin böyük dəyəri vardır", - deyə Arzu Məmmədova vurğulayıb.
Xəbərin mətnində orfoqrafik səhv var