SİYASƏT


Arzu Nağıyev: Ermənistan rəhbərliyinin uğursuz siyasəti bu ölkənin təcrid vəziyyətini dərinləşdirir

Bakı, 2 noyabr, AZƏRTAC

Ermənistan rəhbərliyinin qeyri-adekvat bəyanatları, siyasi ambisiyaları, bu ölkənin heç bir iqtisadi və hərbi proqramının olmaması regional aktorların onu qeyri-ciddi imici olan dövlət kimi qəbul etməsinə gətirib çıxarıb.

Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arzu Nağıyev bildirib.

Siyasi şərhçi qeyd edib ki, bütün bunları görən regional aktorlar, o cümlədən Rusiya, İran, Gürcüstan və digər ölkələr artıq Ermənistanı qeyri-ciddi dövlət sayır. Bir sözlə, Ermənistan rəhbərliyinin uğursuz siyasəti bu ölkənin təcrid vəziyyətini getdikcə dərinləşdirir. Regional aktorlar başa düşürlər ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyri-konstruktiv mövqedən, Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməsi mütləqdir. Ermənistanın işğalçılıq siyasəti bu ölkənin iflasını sürətləndirir. Əgər proseslər belə davam edərsə Ermənistanda iğtişaşlar qaçılmaz olacaq, hakimiyyət böhranı, həll edilməyən miqrasiya siyasəti, iqtisadi asılılıq və s. amillər ölkədə silahlı qarşıdurmaya aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.