CƏMİYYƏT
Arzu Səmədova: Vətən müharibəsi iştirakçıları milli parklara giriş haqqından azaddırlar
Bakı, 18 yanvar, AZƏRTAC
Vətən müharibəsi iştirakçıları milli parklara giriş haqqından azaddırlar. Onlar heç bir bilet almadan və ödəniş etmədən milli parkların ərazisinə daxil ola bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
Xidmətin rəsmisinin sözlərinə görə, həmçinin altı yaşına qədər uşaqlar da ailələri ilə birlikdə milli parklara getdikdə giriş haqqından azaddırlar: “Eyni zamanda, məktəblilər məktəb vasitəsilə milli parkları ziyarət etdikdə heç bir ödəniş tələb olunmur. Tələbələr və əlilliyi olan şəxslər biletin qiymətinin 25 faizini ödəməklə milli parklara daxil ola bilərlər. Milli parklara biletin qiyməti 2 manat təşkil edir”.