SİYASƏT


Ərzurumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək

Ərzurum, 8 mart, AZƏRTAC 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Türkiyənin Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə Ərzurum şəhərində təşkil olunan təntənəli mərasimin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ərzurum Böyükşəhər Bələdiyyəsinin sədr müavini Əyyub Tavlaşoğlu, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum Şöbəsinin sədri Murad Ertaş, “Eko Avrasiya” Dərnəyinin sədri Hikmet Eren və başqaları təqdimat mərasimində çıxış edərək, fikir və mülahizələrini bölüşüblər.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və Türkiyənin Ərzurum bölgəsinin erməni işğalından azad olunmasının 100-cü ildönümləri münasibətilə martın 9-da "Yüzümüz özümüz bir!” devizi altında yubiley mərasimi keçiriləcək. Tədbir Azərbaycanın Ankaradakı səfirliyinin, Ərzurum Böyükşəhər Bələdiyyəsinin, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum Şöbəsinin və “Eko Avrasiya” Dərnəyinin birgə təşkilatçılığı ilə iki gün davam edəcək.

Çıxışlarda məlumat verilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Türkiyənin Ərzurum bölgəsinin erməni işğalından azad olunması bir-birinə bağlı olan tarixi hadisələrdir. Bu proseslərə aid həqiqətlərin öyrənilməsi və təbliği gələcək təhlükəsizliyimiz üçün mühüm məsələlərdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ərzurum

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.