CƏMİYYƏT


Ərzurumda azərbaycanlı tələbələrin bayram görüşü

Ərzurum, 27 dekabr, AZƏRTAC

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə Ərzurum Vilayətində fəaliyyət göstərən Atatürk Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

AZƏRTAC xəbər verir ki, baş konsulluğun əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə qarşıdan gələn bayramlar münasibətilə tələbələri təbrik edən Nuru Quliyev onlara xoş arzularını çatdırıb.

Diplomat deyib ki, azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpaqlarında yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. Bu səbəbdən, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini, bunun əsas məzmununun milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə qərar qəbul etmişdir. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

Qarşıdan gələn bayramlar münasibətilə təbriklərini bölüşən tələbələrimiz Azərbaycan dövlətini, ulu öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəklədiklərini ifadə ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ərzurum

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.