DÜNYA


Ərzurumdakı zəlzələ bölgəsində evləri dağılan sakinlər çadır və konteynerlərə köçürülüb

Ankara, 20 noyabr, AZƏRTAC

Türkiyənin Ərzurum vilayətinin Körpüköy rayonunda noyabrın 19-da yerli vaxtla saat 15:40-da baş verən Rixter cədvəli üzrə 5.1 bal gücündə yeraltı təkanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

AZƏRTAC xəbər verir ki, təbii fəlakət bölgəsində uçan, dağılan və yaxud yaşayış üçün təhlükəli hala düşən evlərin sakinləri çadır və konteynerlərə köçürülüb. 15 çadır və 51 konteynerdən ibarət müvəqqəti sığınacaq məntəqəsi yaradılıb. Ən son məlumata görə 45 fərdi ev ciddi zədələnib.

Bildirilir ki, hazırda Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) və Türkiyə Qızıl Ay Cəmiyyətinin briqadaları təbii fəlakət bölgəsində çalışırlar.

Su, qida, geyim, qızdırıcı və digər zəruri ehtiyacları ödəmək üçün tədbirlər görülür.

Xatırladaq ki, zəlzələ nəticəsində dörd nəfər xəsarət alıb, iki nəfər dağıntılar altından çıxarılıb.

Uçqunlar nəticəsində dağlıq və dağətəyi yollara zərər dəyib. Müvəqqəti bağlanan yollarda nəqliyyatın hərəkəti bərpa olunur.

Noyabrın 20-də Türkiyənin Tokat bölgəsində də 4 bal civarında yeraltı təkanlar qeydə alınıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.