REGİONLAR


Aşağı Güzdəkdə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasına başlanılıb

Bakı, 3 sentyabr, AZƏRTAC 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsidir.

Komitədən AZƏRTAC-a bildirilib ki, sakinlər sentyabrın 3-7-də saat 09:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsinin Həzi Cavadov küçəsi, 1 (qəsəbə icra nümayəndəliyinin qarşısı) ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilər.

Vətəndaşlar tərəfindən müsbət qarşılanan kampaniyanın üstünlüyü onun effektiv təsir imkanlarını artırır. Belə ki, digər sosial layihələrdən fərqli olaraq bu kampaniya çərçivəsində ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə, Abşeron rayonunun Güzdək qəsəbəsinin əhalisi qeyd edilən tarixdə və vaxtda göstərilən ünvanlarda fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilər. Bu kampaniya vasitəsilə vətəndaşlar daşınmaz əmlaka dair qeydiyyat xidmətlərindən rahatlıqla faydalana bilir. Qeydiyyat xidmətlərində əlçatanlığın, şəffaflığın təmin olunması, sənədləşmənin əhalinin geniş kütləsini əhatə etməsi bu sosial layihənin əsas amalıdır.

Kampaniya zamanı sakinlər fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakları ilə bağlı sənədlərini təqdim edə bilər. Mobil ofislər vasitəsilə isə əmlaklar daha sadə və innovativ üsullarla rəsmi qeydiyyata alınır. Bu kampaniyalar məmur-vətəndaş ünsiyyətini, digər kənar əlaqələrin aradan qaldırılmasına imkan verir. Beləliklə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial layihə əhalinin geniş təbəqəsini sənədləşmə prosesinə cəlb etməklə operativ xidmət, üstün keyfiyyət prinsiplərinə əməl edir.

Bu kampaniya ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcək. Bununla bağlı vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri ilə məlumatlandırılacaq.

Kampaniya ötən həftə Abşeron rayonunun Hökməli qəsəbəsində keçirilib. Ümumilikdə kampaniyadan 600-ə yaxın vətəndaş faydalanıb. Vətəndaşlar qeydiyyatla bağlı sənədləri mobil ofislərlə yanaşı, ərazi idarələrinə də təqdim edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.